ABŞ prezidenti Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərovu 34 yaşı tamam olması münasibətilə təbrik edib.
”Azərbaycanlı Obama” kimi tanınan A.Mustafayev təbrik məktubunun dərc edilməsi üçün onu Modern.az saytına göndərib. ”Azərbaycanlı Obama” təbrikində bildirib:
“Ramil! Sən Azərbaycanın qürur mənbəyisən. Erməni dığasına qarşı törətdiyin əməl cinayət deyil. Bu sənin, mənim və millətimizin hər bir övladının daxilində olan kindir. İşğalçı ölkənin istər sadə vətəndaşı, istər zabiti, istərsə də ziyalısı bizim düşmənimizdir. Bu özəl günü doğma elindən uzaqda, həbs şəraitində qeyd etməyin sənin qəhrəmanlığınla bağlıdır. Biz səninlə fəxr edirik. Arzu edirəm ki, 35 yaşını doğma elində, Azərbaycanda qeyd edəsən. Hamımız buna inanır, sənə uzun ömür, can sağlığı arzulayırıq”.
Asif Mustafayev Barak Obamaya oxşarlığı ilə təkcə Azərbaycan mətbuatının deyil, dəfələrlə xarici medianın da diqqətini çəkib.
Xatırladaq ki, avqustun 26-da baş leytenant Ramil Səfərovun 34 yaşı tamam olub.
Modern.az