Azerfon şirkəti Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Sizi, Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti, ruzi-bərəkət arzu edirik”.
Xatırladaq ki, Azerfon şirkəti öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar Mobile ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Bu günədək Azerfon şəbəkəsindən 1 900 000 çox abunəçi istifadə etmişdir. 2009-cu ildən etibarən Azərbaycanda mobil rabitə sahəsində sürətlə inkişaf edən Azerfon şirkəti 3G texnologiyasına əsaslanan xidmətləri təqdim edir.