Gürcüstanın Ahıska bölgəsindəki, Ahıska, Aspindiza, Adigön, Axalkələk və Boqdanovka bölgələrindən SSRİ diktatoru İosif Stalinin əmri ilə Özbəkistan, Qırğızıstan və Qazaxıstana sürgün edilən və hələ də 9 ölkədə 67 il sürgün həyatı yaşayan Ahıska türklərinin vətənə qayıdışı çətin də olsa, başladı.
Hələ sovetlər dönəmində vətənin müdafiəsi üçün 40.000 ahıskalı Türk övladı nasist Almaniyasına qarşı müharibəyə göndərilmiş, onlardan 26.000 ahıskalı türk şəhid olmuşdu. Keçmiş SSRİ-də yaşayan 110 millətin içində azsaylı xalq olan Ahıska türklərinin 11 nəfərinin Sovet İttifaqı Qəhramanı adı alması xalqımızın nə qədər cəsur və mərd xalq olduğunu, vətənini nə qədər sevdiyini göstərdi.
Ancaq bunu başa düşmək 14-16 noyabr 1944 tarixlərində Gürcüstanın Ahıska bölgəsindəki, Ahıska, Aspindza, Adigön, Axalkələk və Boqdanovka bölgələrindən SSRİ diktatoru İosif Stalinin əmri ilə Özbəkistan, Qırğızstan və Qazaxstana sürgün edilən, 1989-1990-cı illərdə Özbəkistanın Fərqanə və Daşkənd vilayətlərində, 2004-cü ildə Rusiya Federasiyasının Krasnador bölgəsində, 2010-cu ildə Qırğızıstanın Mayevka və Oş vilayətində meydana gələn qanlı hadisələri yaşayan və bir neçə dəfə hər şeyini itirən, ancaq daim mübarizəsini davam etdirən müsəlman və türklüyünü itirməyən həqiqi bir ahıskalı Türk olmaq lazımdır.
Dünya Ahsıka Türk Birliyi (DATÜB) sədri Ziyaəddin İsmixanoğlu Həsənovun idarəçiliyindəki nümayındələrimizin 2008-2011-ci illərdə başladıqları beynəlxalq mübarizədə millətimiz üçün bəzi müsbət nəticələr alınmağa başlayıb. Ancaq bunlar kifayət etmir.
Azərbaycanda son illərdə yaşanan problemlərə gəlincə...
Heç özünüzdən soruşmusunuzmu, Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” Cəmiyyətində işləyən ahıskalı trk təmsilçilərimiz niyə bir-birlərini başa düşmürlər? Onları səmimi bir mühitdə heç dinlədinizmi? Görəsən, niyə bir-birlərini başa düşmürlər? Həqiqətən vəzifə üstündə yola getmirlər, yoxsa başqa vacib, ancaq dilə gətirə bilmədikləri problemlər var?
Keçək Gürcüstan dövlət nümayəndələrinin vətənə qayıdışla bağlı olaraq qurduqları və yüksək rütbəli nümayəndələrdən təşkil olunan Dövlət Şurasının proqramlarına. Bizlər sürgün edilərkən heç bir haq və hüquq tanımayan SSRİ və Gürcüstan dövləti 67 il səbr etməmizə baxmayaraq, niyə davamlı olaraq müxtəlif müddətləri diktə edir? Necə yəni 4 ay sonra Ahıska türkləri vətənlərinə qayıtmayacaqlar?
Gürcüstan dövləti Azərbaycandan vətənə qayıtmaq üçün müraciət edən və 10.000-dən çox olan ahıskalı türk ailəsinin, ümumilikdə isə 30.000 nəfərin vətənə qayıdışı üçün lazım olan işləri etməyə qadir deyil?
Əgər 550.000-ə yaxın Ahıska türkü vətənə qayıtmaq üçün Gürcüstan dövlətinə müraciət edərsə, onda nə edəcəklər?
Keçək Azərbaycanda nələr edilməlidir, sualına...
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyaəddin İsmixanoğlu Həsənovun idarəçiliyindəki təmsilçilərimiz vaxt keçmədən təcili olaraq Ankarada bir araya gəlməli və DATÜB idarə heyətinin üzvi Fuad İsgəndər Pepinovun sədrliyi və Avropa təmsilçisi Bürhan Özkoşarın və digər təmsilçilərin də daxil olduğu Vətənə Dönüş Komissiyası yaradılmalıdır.
Komissiya dərhal Azərbaycanın paytaxtı Bakıya getməli və Azərbaycanda yaşayan Ahıska türklərinin təmsilçiləri və xalqımızla yerində görüşməli, vətənə qayıtmaq üçün hazırlıqlara başlamalıdır.
İlk mərhələdə Gürcüstan idarəçiliyindən gələn məktublar komissiya yoxlanışı altında təmsilçilərimiz tərəfindən Azərbycanda vətənə dönmək üçün ərizə verən soydaşlarımızın ünvanlarına çatmalı, bu məktubların içində əvvəlcədən Gürcüstan qurumlarına verilən sənədlərdəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Komissiya millətimizə hər mövzuda yardım etməlidir.
DATÜB komissiyasından sonra gələcək Vətənə Dönüş Statusları Azərbaycanda yaşayan ahıskalılara verilməlidir. Gürcüstan qurumlarına verilən sənədlərin hamısının qəbulu üçün DATÜB komissiyası və Azərbaycandakı “Vətən” Cəmiyyətinin bütün təmsilçiləri birlikdə mübarizə etməlidirlər.
Bundan sonra ahıskalıların Gürcüstan qurumları tərəfindən qəbul edilən sənədlərinin hamısı üçün DATÜB sədri Ziyaəddin İsmixanoğlu Həsənovun idarəçiliyindəki təmsilçilərimiz təcili olaraq toplaşmalı və Gürcüstanın paytaxtı Tiflisə gedərək Gürcüstan höküməti ilə müzakirələrə başlamalıdır.
Keçək Gürcüstan dövlət səlahiyyətlilərinin vətənə dönüşlə əlaqəli olaraq qurduğu və yüksək rütbəli səlahiyyətlilərdən təşkil edilən Dövlət Şurasının proqramına.
“Yurda Dönüş Statusu”nu ( Repatriate Statute) ilk olaraq alan və Azərbaycanda yaşayan 75 ahıskalı ailəsi, Gürcüstanın dövlət nümayənədləri tərəfindən Ahıskaya yerləşdiriləcək, yoxsa Gürcüstanın başqa bölgələrinə? Ahıskalı ailələrə Gürcüstan hansı mövzularda yardım edəcək...?