Modern.az

Elmar Vəliyev Gəncədə daha bir yenilik edib

Elmar Vəliyev Gəncədə daha bir yenilik edib

Təhsil

29 Avqust 2011, 19:11

Gəncə şəhəri yeni görkəm almaqdadır. Bununla əlaqədar şəhərə yeni dizaynlı reklam lövhələri, eləcə də elanlar və afişalar üçün tablolar gətirilib.

Gəncə simasını müasirləşdirdiyindən reklam sahəsində də yeniliklər həyata keçirilməkdədir. Yeni üslubda hərəkətli və dəyişən reklam, həmçinin elan avadanlıqları şəhərin mərkəz hissələrində quraşdırılır. İlkin olaraq Heydər Əliyev və Atatürk prospektlərində, Cavad xan küçəsində və Dram teatrın yaxınlığında reklam lövhələrinin qoyulması bu ərazilərdə əhalinin sıx olmasından irəli gəlib.
Elan “evciklər”ə isə əsasən elanlar, teatr afişaları, şəhərdə baş verən yenilikləri özündə cəmləşdirən informasiyalar, həmçinin sifariş əsasında özəl reklam plakatları yerləşdiriləcək. Qeyd edək ki, müasir üslubda olan belə lövhələr və evciklər Bakı şəhərində artıq quraşdırılıb.
Gəncənin baş rəssamı Şərif Şərifov Modern.az-a bu lövhələrin şəhərdə reklam mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli olacağını bildirib.



Xaliq Qurbanov
Gəncə
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım