Modern.az

“Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıdadır

“Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıdadır

30 Avqust 2011, 21:03


Avqustun 31-də “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək. Toplantıya ev sahibliyi edən yayımçı - İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandıracaq.

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Modern.az-a bildirilib ki, məşvərət qrupunun iclasında “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunacaq.

Məşvərət qrupunun müsabiqəyə qədər  4-5 dəfə belə toplantısı gözlənilir. 

Xatırladaq ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım