Modern.az

Bakılı Sankt-Peterburqa qubernator təyin edildi

Bakılı Sankt-Peterburqa qubernator təyin edildi

Təhsil

1 Sentyabr 2011, 11:48

Rusiyanın ikinci böyük şəhəri olan Sant-Peterburqun yeni rəhbəri 23 fevral 1953-cü ildə Azərbaycan paytaxtında dünyaya gəlib. Poltavçenkonun rəsmi tərcümeyi-halına görə o, Bakıda hərbi dənizçi ailəsində anadan olub.

Yeni qubernatorun atası Serqey Poltavçenko Xəzər dəniz donanmasında gəmi divizion komandiri olub. Poltavçenko 7 yaşında ikən ailəsi ilə birlikdə Leninqrada köçüb. Buna səbəb Xruşşovun təşəbbüsü ilə Sovet ordusunda aparılan ixtisarlar nəticəsində Serqey Poltavçenkonun işsiz qalması olub.

1976-cı ildə Leninqradda ali təhlisili başa vuran Poltavçenko öncə yerli hərbi müəssisələrdə çalışıb, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsində işə qəbul olunub və uzun illər bu sistemdə çalışıb.

Yeni təyinatından öncə Poltavçenko Rusiya prezideninin Mərkəzi Federal Dairədə səlahiyyətli nümayəndəsi olub. Rusiya mətbuatına görə, Poltavçenko hazırkı Rusiya rəhbərliyinin ən etibarlı şəxslərindən biridir.

APA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım