Modern.az

Bu gün Bakıda 35 dərəcə isti olacaq

Bu gün Bakıda 35 dərəcə isti olacaq

2 Sentyabr 2011, 09:40

Sentyabrın 2-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakı və Abşeron yaramadasında havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək. 

Ümumiyyətlə, yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım