Modern.az

31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib

31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib

Təhsil

1 Sentyabr 2011, 13:32

Avqustun 28-də ümumi orta təhsil bazasinda (9 illik ) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahani keçirilib.

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il avqustun 28-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.

İmtahan bütün binalarda saat 13:00-da başlanıb və saat 14:30-da başa çatıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən imtahanda iştirak etmək üçün sənəd verən 31251 abituriyentdən 433 nəfəri imtaha gəlməyib. Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım