Modern.az

Respublika Seysmoloji Xidmət Mərkəzi Bayıl sürüşməsi barədə məlumat açıqladı

Respublika Seysmoloji Xidmət Mərkəzi Bayıl sürüşməsi barədə məlumat açıqladı

Təhsil

1 Sentyabr 2011, 14:11


Paytaxtın Səbail rayonu ərazisindəki Bayıl yamacında baş verən sürüşmə ilə bağlı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən ərazidə aparılan  seysmoloji və geofiziki tədqiqatlar davam etdirilir.

Seismoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən aparılan kompleks tədqiqat işləri başa çatdırıldıqdan sonra tədqiqatların nəticəsi əsasında Bayıl yamacındakı sürüşmə və onun səbəbləri ilə bağlı hesabat hazırlanacaq.

“Qeyd edək ki, bir neçə gündən bəri ərazidə aparılan işlər nəticəsində yerdə gedən prosesləri müşahidə etmək üçün mobil seysmoloji stansiyalar quraşdırilıb. Mobil seysmik stansiyalarla quruntun aktivliyinin monitorinqi aparılır. RAS-24 Seistronix Tedqiqat Seismografi vasitəsilə  yerin 50 metr dərinliyinə qədər  gedən proseslər müşahidə edilir. Həmçinin, ərazidə RSXM-in əməkdaşları tərəfindən qravimetrik tədqiqat işləri də aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım