Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir.
Belə ki, sınaq imtahanına yazılmaq üçün istifadə edilən TQDK-nın virtual ödəmə kartlarını sms-lə əldə etmək mümkündür. Bunun üçün Azercell nömrələrindən 3 rəqəmini və ya sözünü 7735 nömrəsinə sms-lə göndərməlidirlər. Cavab olaraq abunəçiyə ödəmə kartının nömrəsi və PİN kodu göndəriləcək.
Modern.az