Modern.az

Gənclərə əl işləri öyrədilir

Gənclərə əl işləri öyrədilir

Təhsil

1 Sentyabr 2011, 16:45

“Bacarıqlı Əllər Dünyası” İctimai  Birliyi Azərbaycanın Bakı şəhəri ,  İsmayıllı, Şamaxı, Şəki  kimi  turizm bölgələrində zəngin əl işlərinin tədrisi və gənclərin maarifləndirməsi məqsədilə xüsusi  layihələr hazırlayaraq kurslar keçirib.

Bu barədə Modern.az saytına təşkilatdan məlumat verilib.
Birliyin  üzvləri Nurcahan Kərimova, Zülfiyyə Salayeva, Rəna Cəlilova  kimi təcrübəli müəllimlər başda Azada Məmmədova olmaqla yuxarıda qeyd olunan şəhərlərdə kurslar keçirirlər. Kurslarda gənc istedadlar, təsviri sənət və  dekorativ-tətbiqi sənət yaradıcılığına marağı olan müəllimlərdən milli incəsənətin sirlərini, incəliklərini öyrənir, lazım gəldikdə sərbəst düşüncələrini ifadə edir, diskusiyalar aparırlar.

Qeyd edək ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  mailiyyə dəstəyi ilə həyata keçiriıir.


Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım