Modern.az

Bakı 2020-ci ilin Olimpiya Oyunlarının keçirilməsinə rəsmi namizəd oldu

Bakı 2020-ci ilin Olimpiya Oyunlarının keçirilməsinə rəsmi namizəd oldu

2 Sentyabr 2011, 16:17

Bu gün Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi qeydə alınmış şəhərlərin rəsmi siyahısını açıqlayıb.

Modern.az bildirir ki, Beynəlxalq Olimpiya Komitəsinin internet saytında yerləşdirilmiş məlumata görə, namizəd ölkələr sırasında Azərbaycan paytaxtı Bakı da var. Namizədliyi qeydə alınmış digər beş şəhər isə bunlardır: Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya), Roma (İtaliya) və Tokio ( Yaponiya).
Bildirildiyinə görə, yaxın iki il ərzində namizəd şəhərlər Beynəlxalq Olimpiya Komitəsinin iki mərhələdən ibarət sınaq prosedurundan keçəcək, 2013-cü il sentyabrın 7-dəisə Argentinanın paytaxtı Buenos-Ayresdə qalib şəhərin adı elan olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım