Modern.az

AzTV-nin, "Burc FM"-nin və daha iki qurumun lisenziya müddəti 6 il uzadıldı

AzTV-nin, "Burc FM"-nin və daha iki qurumun lisenziya müddəti 6 il uzadıldı

2 Sentyabr 2011, 16:55

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım