Modern.az

Prezident 33 və 125 nömrəli məktəblərə, 244 nömrəli uşaq bağçasına gedib

Prezident 33 və 125 nömrəli məktəblərə, 244 nömrəli uşaq bağçasına gedib

2 Sentyabr 2011, 18:08

Prezident İlham Əliyev sentyabrın 2-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. 
Modern.az-ın məlumatına görə, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəbləri binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. 
Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsinə gəlib. Burda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verilib və bildirilib ki, 33 nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168 şagird yerlik məktəbdə 267 şagird təhsil alır, dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib. 
Sonra Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 125 nömrəli orta məktəbə gəlib. 340 şagird yerlik bu məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu Prezidnetə bildirilib. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi də qeyd olunub. 
Daha sonra Prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli uşaq bağçasında həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanış olub. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib və bildirilib ki, uşaq bağçasının binası qəza vəziyyətində olduğundan sökülərək yenidən inşa olunub. 60 nəfər uşaq üçün nəzərdə tutulan bağçada üç qrup fəaliyyət göstərəcək. İnşa olunan yeni binada ən müasir tələblərə uyğun bütün şərait yaradılacaq.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tövsiyələrini verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım