İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinq keçirib. Modern.az-a nazirliyə istinadən bildirir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının "mütləq sertifikatlaşdırılmalıdır" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, "Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.
Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilən qanun pozuntuları aradan qaldırılıb.
Modern.az