Modern.az

Goranboy cəbhəsində ATƏT-in monitorinqi keçiriləcək

Goranboy cəbhəsində ATƏT-in monitorinqi keçiriləcək

7 Sentyabr 2011, 09:48

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım