Modern.az xəbər verir ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutmaqla kənd əhalisinin ənənəvi məşğuliyyət sahələrindən hesab olunur. Bir neçə gündür ki, bağlarda fındıq yığımına başlanılıb.
Tezyetişən fındığın yığımı isə artıq başa çatıb. Qeyd edək ki, fındıq bağlarının 20 faizini tezyetişən bağlar təşkil edir. Rayondakı 10530 hektar meyvə bağının 8864 hektarını fındıq bağları təşkil edir ki, bunun da 7282 hektarı bar verən bağlardı. Cari ildə Zaqatala rayonunda 89 hektar sahədə yeni fındıq bağları salınıb. Gələcəkdə fındıq bağlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Ötən il rayonda 10545 ton fındıq yığılıb. Bu il isə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.
Xaliq Qurbanov