Modern.az

Türklər Qənirə Paşayevaya bayraq və Quran bağışladılar

Türklər Qənirə Paşayevaya bayraq və Quran bağışladılar

7 Sentyabr 2011, 13:40

İstanbulda səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı Mustafa Bakurtala ilə görüşüb. Modern.az-ın məlumatına görə, Azərbaycan Parlament üzvünü birliyin tarixi, hazırkı və keçmiş fəaliyyəti, gələcək planları barədə bilgiləndirən Başkurt,  Azərbaycan bələdiyyələrinin təmsil etdiyi Birliyin fəal üzvlərindən olduğunu bildirib.

Q.Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, qardaş bələdiyyələr arasında təcrübə mübadiləsinin ümumi işimizə xeyir verdiyini, xalqalrımızı bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. Xanım millət vəkili Azərbaycanın dövlətinin bu tip konstruktiv fəaliyyətlərə həmişə dəstək verdiyini qeyd edib.

Qənirə Paşayeva İstanbulun Bağçılar Bələdiyyəsinin başqan yardımçısı Yavuz Subaşı ilə də görüşüb.

Azərbaycan Parlament üzvünü öz bələdiyyələrində salamlamaqdan məmnunluq duyduğunu bildirən cənab Subaşı, Sultanqazi Bağçılar Bələdiyyəsinin həyata keçirməkdə olduğu layihələr və gələcək planları barədə millət vəkilinə bilgi verib. O, təmsil etdiyi bələdiyyənin türksoylu ölkə bələdiyyələri, o cümlədən Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduğunu bildirib.

Xanım Paşayeva Bağçılar Bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanışlıqdan, bələdiyyənin əldə etdiyi uğurlardan məmnun olduğunu, onların bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsində də yayılmasında maraqlı olduğunu ifadə edib.

Yavuz Subaşı Qənirə Paşayevaya bu görüşdən xatirə olaraq Azərbaycan, Türkiyə bayraqları və “Quran” bağışlayıb.

Qənirə Paşayeva Yavuz Subaşını parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə təmas qurmaq üçün Azərbaycana dəvət edib.

Qənirə Paşayeva həmçinin Birləşmiş Kəndlər və Yerəl Yönətimlər Orta Doğu və Batı Asya Bölgə Təşkilatının (UCLUG-MEVA) baş katibi Mehmet Dumanla görüşüb.

Duman  Azərbaycan Parlament üzvünü təşkilatın tarixi, mandatı, həyata keçirdiyi layihələr və gələcək planları barədə bilgiləndirib.

Q.Paşayeva təşkilatın fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, onun  üzərində məsuliyətli missiyanın olduğunu və görülən işlərin bölgə xalqlarının mənafeyinə cavab verdiyini, mədəniyyət mübadiləsinə şərait yaratdığını qeyd edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım