Modern.az

Milli Təhlükəsizlik Nazirliyi 16 nəfəri ifşa edib

Milli Təhlükəsizlik Nazirliyi 16 nəfəri ifşa edib

7 Sentyabr 2011, 17:28

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silahın, döyüş sursatının saxlanılması və daşımasında təqsirli bilinən 16 nəfər ifşa olunub, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

MTN-nin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə,  Azərbaycan vətəndaşları - Bunyatov Eldar Hacıbaba oğlu və Qənbərov Münasib Mikayıl oğlu saxlanılıb.

Məlum olub ki, Eldar Bunyatov, Münasib Qənbərov, həmçinin hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda həşiş qətranını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bunyatov və Münasib Qənbərov yaxalanıb, baxış zamanı sonuncunun Astara rayonunun Şümrüd kəndi yaxınlığında narkotik vasitəni gizlətdiyi yerdən qrupa məxsus içərisində 11 kiloqram 794.9 qram həşiş qətranı olan 2 ədəd bağlama aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Nağıyev Hafis Böyükxan oğlu və Nəsirov Cavid Məmməd oğlu saxlanılıb, onlardan 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Növbəti əməlliyat zamanı Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Vəkil Zeynal oğlu və Bayramov Zaur Nux oğlu saxlanılaraq, onlardan 1 kiloqrama yaxın heroin aşkar edilib.

MTN əməkdaşları Azərbaycan Respublikasının vətəndaşları - Ələkbərov Maarif Famil oğlu, Əhmədov Pərviz İbrahim oğlu və Suleymanov Eldar Mədət oğlunu da İran İslam Respublikasından gətirilən narkotik vasitə üstündə yaxalayıblar.

Azərbaycan Respublikasının vətəndaşları - Qasımov Oruc Vəliağa oğlu, Abduləliyev Arif Məhər oğlu, Həsənov Zaman İman oğlu, Hüseynov Hüseynağa Abbasqulu oğlu və Əliyeva Firəngiz Məmmədağa qızı  saxlanılarkən onların üzərindən 572 qram heroin aşkar edilərək götürülüb.

Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Xəyam Xanlar oğlu və Qorçuzadə Məhəmməd İsrayıl oğlu Gəncə şəhərində saxlanılıblar. Keçirilmiş baxış zamanı Xəyam Hüseynovun evindən 1 ədəd "Makarov" tipli tapança və həmin tapança üçün 7 ədəd güllə aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Məhəmməd Qorçuzadə Gəncə şəhərinə gələrək burada Xəyam Hüseynovla görüşüb və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan qardaşı Qorçuzadə İbrahim İsrail oğluna qaçaq yolla çatdırmaq üçün, sonuncunun tapşırığına əsasən həmin silah-sursatı "Azərbaycan-Rusiya" marşrutu üzrə avtobus sürücüsü işləyən Xəyyam Hüseynova təhvil verib.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi