Modern.az

Qəddafi danışdı, üsyançıları siçanlar adlandırdı

Qəddafi danışdı, üsyançıları siçanlar adlandırdı

8 Sentyabr 2011, 10:48

Liviyada müxalifətin ölkənin böyük hissəsini ələ keçirəndən sonra harda olunduğu bilinməyən diktator Müəmmər Qəddafi Suriya televiziyasına zəng edib. Modern.az “Sabah” qəzetinə istinadən bildirir ki, telefon zəngində Qəddafi hələ də Liviyada olduğunu və üsyançıları məğlub edəcəyini söyləyib.

Suriyanın “Arrai” telekanalının qısa müddətlik canlı yayımına çıxan Qəddafi Liviyadan qonşu Nigerə keçən hərbi maşın karvanının birinci ilk olmaqdığını vurğulayıb.  Qəddafi özü və Liviyadan qaçan tərəfdaşlarının bundan sonra atacağı addım barədə məlumat verməyib.

Devrilmiş diktator eyni zamanda tərəfdaşlarının üsyançıları və Liviyada havadan hücumlar təşkil edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəklərini də vurğulayıb.
“Gənclər indi Tripolidəki “siçanlara” (üsyançılara) qarşı müqavimət aparmaq və onların pullu əsgərlərini məğlub etməyə hazırdırlar. NATO-nu məğlub edəcəyik və NATO Liviya xalqı tərəfindən rədd ediləcək” deyə Qəddafi vurğulayıb.

Liviyanın Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlil Müəmmər Qəddafinin başına 1 milyon 300 min dollar məbləğində pul qoyub. O, bildirib ki, Qəddafini tutan və ya öldürən hər kim olursa olsun bağışlanılacaq. Mustafa Əbdül Cəlil Qəddafini ölü ya da diri gətirənlərə 1,3 milyon dollar mükafat veriləcəyini söyləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım