Modern.az

“Azadlıq”ın Azərbaycan bölməsinin rəhbəri Kənan Kazımoğlu radionun məhkəmə işinə görə Bakıya gəlib

“Azadlıq”ın Azərbaycan bölməsinin rəhbəri Kənan Kazımoğlu radionun məhkəmə işinə görə Bakıya gəlib

Təhsil

8 Sentyabr 2011, 12:37

“Azadlıq” radiosunun Praqadakı baş ofisində Azərbaycan bölməsinə rəhbərlik edən Kənan Kazımoğlu Bakıya gəlib. Radionun Bakı bürosundan Modern.az saytına onun gəlişinin səbəbi barədə açıqlama verilməsə də, əldə etdiyimiz məlumata görə, K.Kazmoğlu Bakıya “Azadlıq” radiosuna qarşı başlayan məhkəmə işi ilə əlaqədar gəlib.

Yasamal rayon Məhkəməsi ötən həftə radioaya qarşı sentyabrın 16-da başlayacaq prosesdə iştirak üçün “Azadlıq”a bildiriş göndərib.

Məsələdən “Azadlıq” radiosunun Praqadakı baş ofisində artıq xəbərdardırlar və Azərbaycan bölməsinə rəhbərlik edən Kənan Kazımoğlu bununla əlaqədar Bakıya ezam olunub.

“Azadlıq” radiosuna qarşı iddianı Bakı bürosunun keçmiş müxbiri Aygün Muradxanlı qaldırıb. A.Muradxanlı “Azadlıq” radiosunu əmək hüquqlarını pozmaqda günahlandırır və 300 min ABŞ dolları təzminat tələb edir

Yasamal rayon Məhkəməsində radioaya qarşı iddiaya hakim Anar Məmmədovun sədrlik edəcəyi prosesdə baxılacaq. Məhkəmə iclası sentyabrın 16-da başlayacaq.


Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım