Modern.az

Milli Ordunun bir əsgəri özünü öldürüb, birini isə ermənilər yaralayıb

Milli Ordunun bir əsgəri özünü öldürüb, birini isə ermənilər yaralayıb

Təhsil

8 Sentyabr 2011, 17:59

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri Telman Seyfullayev yaralanıb. Sol budundan güllə yarası alan 19 yaşlı əsgər hospitala yerləşdirilib.
Telman Əlişah oğlu Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Sentyabrın 8-də Azərbaycan Ordusunun bir əsgəri intihar edib. APA-nın xəbərinə görə, Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb. Hadisənin baş vermə səbəbləri məlum deyil.

Şəki Rayon Hərbi Komissarlığından faktı təsdiqləyiblər. Bildirilib ki, əsgərin meyiti bu gün rayona gətirilərək ailəsinə təhvil veriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım