Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran rejiminin Güney Azərbaycanda yaşayan soydaşlarımıza yönəlik siyasətinə etiraz olaraq aksiyaya hazırlaşır. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 14 sentyabr 2011-ci il, saat 13.00-da bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında keçirəcəyi piketin təhlükəsiziliyinin təmin olunması üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.