İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tələbə-gənclər arasında "Müstəqil Azərbaycanın iqtisadi inkişafı" mövzusunda müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a müsabiqənin şərtləri barədə məlumat verilib. Belə ki, müsabiqə 2011-ci il 1 avqust tarixində başlayır və 2011-ci il 1 noyabr tarixində yekunlaşır;
Müsabiqə iştirakçıları 2011-ci ilin 1 avqust tarixindən 10 oktyabr tarixinədək www.economy.gov.az internet saytı vasitəsilə anket formasını doldurmalı, məqalə və onun qısa xülasəsini, şəxsiyyətini təsdiq edən sənədin surətinin elektron variantını [email protected] (bu e-poçt ünvanı spambotlar qorunulur. Onu görmək üçün JavaScript imkanlaşdırılmalıdır) elektron ünvanına təqdim etməlidirlər;
- Müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və xaricdə təhsil alan Azərbaycan gəncləri tək və ya müştərək halda iştirak edə bilərlər;
- Məqalə 10 - 15 səhifə həcmində (18000 - 27000 işarə), 14 şrift, Times New Roman, sətirlər - 1.5 intervalında olmalıdır;
- Titul vərəqində müəllifin, təhsil aldığı müəssisənin və məqalənin adı göstərilməlidir;
- Məqalə Azərbaycan dilində (tövsiyə olunur) və ya xarici dillərdə (rus və ingilis) təqdim edilə bilər;
- Məqalədə istifadə olunan ədəbiyyatın siyahısı göstərilməlidir;
- Məqalənin sonunda "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Müstəqil Azərbaycanın iqtisadi inkişafı" mövzusunda tələbə-gənclər arasında elan edilmiş müsabiqəyə təqdim edilir" sözləri qeyd olunmalıdır;
- Təqdim olunan məqalə geri qaytarılmır;
- Məqalələrin təqdim olunma vaxtının bitməsindən sonra 20 gün ərzində İqtisadi İnkişaf Nazirliyində yaradılan Komissiya qalibləri müəyyən edir və mükafatlandırır;
- Qalib olan məqalələr Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcək.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır:
Birinci yer - 500 (beş yüz) manat
İkinci yer - 350 (üç yüz əlli) manat
Üçüncü yer - 250 (iki yüz əlli) manat
Həvəsləndirici mükafat - 100 (yüz) manat.
Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadi İnkişaf Nazirliyindən almaq olar.
Modern.az