Modern.az

Ayaz Mütəllibovun 19 yaşlı qız nəvəsi "Lexus" maşını ilə 3 nəfəri vurub

Ayaz Mütəllibovun 19 yaşlı qız nəvəsi "Lexus" maşını ilə 3 nəfəri vurub

Təhsil

8 Sentyabr 2011, 19:33

Sentyabrın 8-də, günorta saatlarında Bakının Suraxanı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytının məlumatına görə,  Aeroport şossesində Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən "Lexus" markalı avtomobil yolu keçmək istəyən 3 piyadanı vurub. Hadisə nəticəsində ağır xəsarət alan bir kişi və bir uşaq ölüb, digər yaralı piyada qadın isə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanı törədən şəxsin Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Mədinə Zaur qızı Mütəllibova olduğunu dədqiləşdiriblər. Onun idarə etdiyi 90 XH 042 nömrə nişanlı “Lexus” anasının adına imiş.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, saat 12:30 radələrində ağır yol-nəqliyyat hadisəsini törədən 19 yaşlı Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.
Faktla bağlı araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım