Qalmaqallı «Vikiliks» saytı ABŞ-ın Bakıdakı səfirliyinin Dövlət Departamentinə ünvanladığı məxfi teleqramları açıqlamaqda davam edir. Səfirliyin yazışmaları 2006-cı ilin fevralından 2010-cu ilin feralına qədər olan dövrü əhatə edir. Qeyd edək ki, yazışmaların təqribən 70 faizi İran, Rusiya və Türkiyə haqqındadır. Materialların bir hissəsi rəsmi açıqlamalar və hesabatları, yalnız kiçik bir hissəsi pərdəarxası məqamları əks etdirir.
«Vikiliks»in sonuncu açıqlamalarında Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli ilə ABŞın Azərbaycandakı sabiq səfiri Enn Dersinin şəxsi görüşündə danışılanlar əks olunub.
Səfir ABŞ Dövlət Departamentinə göndərdiyi teleqramda bildirir ki, Pərviz Həşimli referendumu «itirilmiş fürsət» adlandırıb: «Siyasi Mülki və Hüquqları Müdafiəsi Mərkəzinin rəhbəri, gənc lider Pərviz Həşimli referendumla bağlı müşahidə etdiyi çoxsaylı problemlərin icmalını verib. Ümumiyyətlə, Konstitusiyaya edilən çoxsaylı, mürəkkəb dəyişikliklərlə bağlı ictimaiyyətə az məlumat verilib. Televiziyada dəyişikliklərlə bağlı şərh verilmir və hökumətyönlü qəzetlər informasiyaları, xüsusən də müxalifətin açıqlamalarını təhrif edirlər. O əlavə edib ki, televiziya xəbərləri prezidenti «milli lider» kimi təqdim edir və referendum da bu kontekstdə təqdim edilir. Həşimli tez-tez eşidilən mövzuya toxunaraq bildirib ki, referendum Azərbaycanda demokratiyanın gələcəyi üçün «itirilmiş fürsətdir», çünki referendum başqa əhəmiyyətli mili problemlərə ünvanlanmayıb».
Mail Ağaxanov