Modern.az

Şəmkirin deputatı seçicilərin şikayətlərini araşdıracaq (FOTOLAR)

Şəmkirin deputatı seçicilərin şikayətlərini araşdıracaq (FOTOLAR)

Təhsil

9 Sentyabr 2011, 15:49

98 saylı Şəmkir şəhər seçki dairəsini Milli Məclisdə təmsil edən, Yeni Azərbaycan Partiyasından olan deputat, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib. Deputatın qərragahından Modern.az saytına bildirilib ki, Şəmkir rayonunun Hacıalılar, Atabəy, Muxtariyyə, Əliyaqublu və Yeni həyat kəndlərində keçirilən görüşlərdə millət vəkili sakinlərin problemləri ilə maraqlıb, onları narahat edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova kənd sakinlərinə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası, rayon və kəndlərdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdarılıması istiqamətində görülən işlər və Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verib. O, daha sonra seçicilərin müraciətlərini qəbul edərək, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq qurumlarla məsləhətləşmələr aparacığını söyləyib.

Seçicilərlə daha bir görüş isə rayonun Çinarlı qəsəbəsində baş tutub. Qəsəbə sakinlərinin böyük maraq göstərdiyi görüş yüksək əhval-ruhiyyədə keçib.

Şəmkir şəhər mərkəzində keçirilən növbəti görüşdə də sakinlərin millət vəkilinə sualları cavablandırılıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu görüşdə sakinləri fərdi qaydada qəbul edən millət vəkili onların hər birinin problemləri ilə maraqlanıb.

Millət vəkili belə görüşlərin bundan sonra da davam edəcəyini və seçicilərlə mütəmadi olaraq görüşəcəyini diqqətə çatdırıb.

 




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım