Modern.az

Erməni katalikosu Şeyxülislama yalan danışıb

Erməni katalikosu Şeyxülislama yalan danışıb

Təhsil

9 Sentyabr 2011, 17:11

Bu ilin aprelində Bakıda dünya dini liderlərinin Ümumdünya sammitində iştirak edən erməni katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəyə söz vermişdi ki, Şuşa məscidi təmir ediləcək. Hətta sonradan II Qaragenin müavini arxiyepiskop Eznik Petrosyan bildirdi ki, məscidin rekonstruksiya layihəsi hazırlanacaq və təmir işlərinə qısa müddət ərzində başlanılacaq.

Amma aradan dörd aydan artıq müddət keçməsinə baxmayaraq, ermənilər tərəfindən Şuşa məscidinin təmiri ilə bağlı hər hansı addım atılmayıb. Məlumata görə, qarşı tərəf verdiyi sözə əməl etməkdən imtina edib.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern az saytına tərəflər arasında belə danışıqların olduğunu, amma sonradan bu məsələnin gündəmə gəlmədiyini bildirdi.
“Şuşa məscidinin təmir olunması ilə bağlı hər hansı irəliləyiş yoxdu, bununla bağlı qarşı tərəfdən hər hansı təklif də gəlməyib”.

Bununla belə, R.Dadaşova qeyd etdi ki, bu məsələnin yenidən qaldırılması istisna olunmur. Yəni dini liderlərin növbəti görüşlərində məsələ yenidən gündəmə gətirililə bilər.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım