Modern.az

“Space” sükan.az portalı ilə əməkdaşlığa başlayıb

“Space” sükan.az portalı ilə əməkdaşlığa başlayıb

Təhsil

9 Sentyabr 2011, 17:17

“Space” FM-in “Avto Relax” verilişi sükan.az portalı ilə əməkdaşlığa başlayıb. Yol-hərəkət qaydaları haqqında olan maarifləndirici veriliş həftə içi 4 gün saat 17:00-18:00 arası yayınlacaq. Dinləyicilər verilişdə günün mövzusu ilə əlaqədar öz fikirlərini onlayn olaraq bildirə, həmçinin yol-hərəkət qaydaları ilə bağlı suallarına Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev tərəfindən cavab tapa bilərlər. Eyni zamanda verilişlərə sükan.az portalının əməkdaşları da dəvət oluncaq və dinləyicilər maraqlandıran suallar onlar tərəfindən də cavablandırılacaqdır. Verilişin informasiya təminatçısı sükan.az portalıdır.

Əməkdaşlığın məqsədi ictimaiyyətdə yaranan sualların daha operativ cavablandırılması, sükan arxasında əyləşən və ümumilikdə bütün dinləyicilərin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsi, bununla da Azərbaycanda ümumi Yol Mədəniyyətinin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Sükan.az portalının məramı vətəndaşları sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlamaq, onları yol hərəkəti, təhlükəsizliyi qaydaları barədə məlumatlandırmaq, sürücü və piyada etikasının, sürücülər və piyadalar arasında hörmətin təşviq edilməsindən ibarətdir.
Sukan.az portalında sürücülük imtahanlarında verilən suallara oxşar onlayn avto test yaradılıb. Test vasitəsilə vətəndaşlar imtahana hazır olub-olmamalarını müəyyən edə biləcəklər. Həmçinin, saytda yol hərəkəti sahəsində sənədlər, yol-nəqliyyat hadisələri haqqında xəbər lenti və video materiallar mövcuddur. Saytın xidmətlərindən istifadə etməklə vətəndaşlar piyadaların məsuliyyəti, piyada-sürücü münasibətləri, yol-nəqliyyat hadisələri zamanı zəruri addımlar barədə məlumatları əldə edə bilərlər.

Sükan.az portalı Prodemos İctimai Birliyi və ELSA Azərbaycan QHT-lərinin birgə təşəbbüsü ilə yaradılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım