Modern.az

İlham Əliyev milli telefilmlərin və teleserialların çəkilməsi üçün 5 milyon manat ayırdı

İlham Əliyev milli telefilmlərin və teleserialların çəkilməsi üçün 5 milyon manat ayırdı

Təhsil

9 Sentyabr 2011, 21:08

Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yerli televiziya kanallarının yayımladığı verilişlərin və müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə artaraq, gənc nəslin tərbiyəsində əsas amillərdən birinə çevrilir. Azərbaycanda mənəvi inkişaf sahəsində həyata keçirilən çoxsaylı dövlət proqramları, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş geniş tədbirlər yerli kino istehsalının inkişafına, o cümlədən telefilmlərin çəkilişinə ehtiyacı günü-gündən artırır”.
Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alan İlham Əliyev milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayırıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım