Modern.az

Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün imza kampaniyası aparılacaq

Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün imza kampaniyası aparılacaq

Təhsil

10 Sentyabr 2011, 12:25

Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən milli ordumuzun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası üçün Türkiyədə imza kampaniyası aparılacaq.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, imza kampaniyasını aparacaq İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) yaydığı məlumatda bildirilib ki, bu hadisənin səbəbi NATO-nun təlim proqramı çərçivəsində Macarıstanda olan Ramil Səfərovun erməni zabitin ağır təhrik və təhqirlərinə dözməməsi olub.
”Macarıstan kimi bitərəf və qanunların aliliyinə hörmət edən dövlət üçün azərbaycanlı zabitin öz ölkəsinə ekstradisiyası və cəzasının qalan hissəsini də Azərbaycanda çəkməsinə qərar vermək daha məqsədəuyğun olardı”-deyə məlumatda qeyd olunub.
Bu məqsədlə ASİMDER Türkiyənin bütün şəhərlərində imza kampaniyası keçirməyi, bu məsələni hər zaman mətbuatın gündəmində saxlamağı planlaşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım