Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 11-də əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Sentyabrın 11-də gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
Modern.az