Modern.az

Tehranda Güney Azərbaycan futbolçularının qələbəsi qarşıdurmaya səbəb olub (VIDEO)

Tehranda Güney Azərbaycan futbolçularının qələbəsi qarşıdurmaya səbəb olub (VIDEO)

Təhsil

10 Sentyabr 2011, 22:12

Dünən axşam İranın paytaxtı Tehranda yerli "İstiqlal" klubu ilə Təbrizin "Traxtursazi" klubu arasında keçirilən görüş təbrizlilərin 3:2 hesablı qələbəsilə nəticələndiyindən qarşıdurma yaranıb. Oyundan öncə və sonra "Traxtursazi"nin azərbaycanlı azarkeşlərinin kütləvi şəkildə «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!», «Azərbaycan var olsun, istəməyən kor olsun!» şüarlarını səsləndirməsi pols qüvvələrinin zorakılığa əl atmasına səbəb olub.
Modern.az “Günaz”TV-yə istinadən bildirir ki, polislə qarşıdurmada xeyli adam yaranıb və həbs olunub. 

Hələ oyun öncəsi təhlükəsizlik qüvvələri “Traxtur” tərəfdarlarına ayrılan yerin dolduğunu bəhanə gətirərək, azərbaycanlıları stadiona buraxmaqdan imtina etdiyinə görə, soydaşlarımız müqavimət göstərib və daxil olmağa çalışıblar. Bu da təhlükəsizlik qüvvələri ilə “Traxtur” tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Hadisə nəticəsində onlarla soydaşımızın üz-gözü yaralanıb.

Stadionda “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu!” kimi şüarlar səsləndirilib.

Stadionda təxminən 35000 “Traxtur” və 40000 "İstiqlal" tərəfdarı olub.

Oyun davam etdiyi müddətdə təhlükəsizlik qüvvələri tamaşaçılara qarşı zorakı hərəkətlərə yol verib. Hadisə nəticəsində yüngül yaralananlar olub.

Bəzi məlumatlara görə tutulanların sayı yüzlərlə ölçülür. Tutulanlardan biri öz dostları ilə qısa telefon əlaqəsi saxlayaraq bildirib ki, 250 nəfər "Traxtur" tərəfdarı Tehranın Şapur polis məntəqəsinə aparılıb.

Bir sıra xəbər agentlikləri isə hadisə şahidlərinə istinad edərək, tutulan "Traxtur" tərəfdarlarının sayını 300 nəfər göstəriblər.Bu qələbə Güney Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Təbrizdə böyük sevinclə qarşılanıb. Küçələrə çıxan Təbriz əhalisi şənlik ediblər. Avtomobillərin siqnal səsi, gəncləri oynaması və “Yaşasın “Traxtursazi”!” səsləri bir-birinə qarışıb. Soydaşlarımız Təbrizin müxtəlif məntəqələrində “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Yaşasın Azərbaycan!”, “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi milli şüarlar səsləndiriblər.

Təbrizdəd də təhlükəsizlik qüvvələri ilə əhali arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Əhali isə özünü daşla qorumağa çalışıb. Hadisə nəticəsində onlarla soydaşımız yaralanıb və tutulub.

 




Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım