Modern.az

Cəbhədə vəziyyət yenidən gərginləşib

Cəbhədə vəziyyət yenidən gərginləşib

Təhsil

12 Sentyabr 2011, 09:47

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 11-də saat 08.40-dan 08.50-dək və 12.28-dən 12.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 18.15-dən 18.30-dək və 23.30-dan 23.40-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi;
- saat 19.30-dan 19.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23.45-dən 23.55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 12-də saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 02.30-dan 03.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım