Modern.az

Aydın Əliyev ölkədəki bahalaşmada Gömrük Komitəsinin rolunu inkar etdi

Aydın Əliyev ölkədəki bahalaşmada Gömrük Komitəsinin rolunu inkar etdi

Təhsil

12 Sentyabr 2011, 10:49

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkədə müşahidə olunan bahalaşmaya münasibət bildirb.  Modern.az saytının məlumatına görə, komitə sədri bahalaşmayay səbəbkar qurum kimi  ayrı-ayrı şəxslər tərəfindən Dövlət Gömrük Komitəsinin ünvanına səslənin iradları rədd edib.

“Ölkədə xaricdən gətirirlən bəzi məhsulların bahalaşması gömrük vergi və rüsumlarının artırılması ilə əlaqədar deyil”-deyə jurnalsitlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bir neçə gün öncə rəsmi "Azərbaycan" qəzetindəki məqaləsində bildirib ki, qiymətlərin qalxmasının əsas səbəbi kənd təsərrüfatı məhsullarının nəql edilməsi zamanı müxtəlif subyektiv maneələrin yaradılması və satışının bilavasitə möhtəkirlərlə əlaqədə olması və eyni zamanda ixrac əməliyyatlarının artmasıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım