Modern.az

Azərbaycanda hamilə qadınlara 11,6 milyon manat müavinət ödənilib

Azərbaycanda hamilə qadınlara 11,6 milyon manat müavinət ödənilib

Təhsil

12 Sentyabr 2011, 11:26

Modern.az Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytına istinadən bildiri ki, ilkin  məlumatlara əsasən, 2011-ci ilin yanvar-avqust aylarında DSMF gəlirləri 1337,5 mln. manat  təşkil edib ki, bu da 2010-cu  ilin müvafiq dövrünə nisbətən 212,9 mln. manat və ya 18,9 faiz  çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,4 faiz və ya 85,1 mln. manat artaraq 774,5 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,7 faizi və ya 455,0 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,1 faiz və ya 52,6 mln. manat artmış, proqnoz isə 100,34 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi  gücləndirilib. Nəticədə,  fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 19,9 faiz artıb.

2011-ci ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 319,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz  və ya 32,5 mln. manat artıb.  

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2011-ci ilin yanvar-avqust aylarında DSMF-nin xərcləri 1321,3 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1291,6 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 202,8 mln. manat və ya 18,6 faiz  çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə  nisbətən 18,7 faiz və ya 198,1 mln. manat artaraq 1256,0 mln. manat təşkil edib.

2011-ci ilin ilk 8 ayında əhaliyə 35,6 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,7 faizi hamiləliyə və doğuma görə, 27 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,8 faizi dəfn üçün, 19,6 faizi isə digər müavinətlərin payına düşür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım