Modern.az

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Təhsil

12 Sentyabr 2011, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 12-dən 13-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq. 

Azərbaycanın rayonlarında sentyabrın 13-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım