Modern.az

Deputat seçildiyi dairəni gəzib, seçicilərinə vədlər verib (FOTOLAR)

Deputat seçildiyi dairəni gəzib, seçicilərinə vədlər verib (FOTOLAR)

Təhsil

12 Sentyabr 2011, 12:56

Milli Məclisinin deputatı Əli Məsimli sentyabrın 9-da Şəki rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib. Tədbirdə Əli Məsimli Şəki təhsil işçilərini və onların timsalında ümumilikdə bütün Azərbaycan pedaqoqlarını yeni 2011/2012-ci tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb, ötən tədris ilində Şəki təhsilinin  xeyli naliyyətlər əldə etdiyini və bir çox uğurlara imza atdığını qeyd edərək, qazanılmış naliyyətlərin rayonun tarixi təhsil ənənələrindən qaynaqlandığını, eləcə də təhsil prosesinin bütün iştirakçılarının birgə gərgin əməyinin nəticəsində əldə edildiyini vurğulayıb.
Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, çıxışında Əli Məsimli təhsil sahəsində aparılan islahatlar və onların nəticələri, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması yolları barədə şəxsi mülahizələrini konfras iştirakçılarının diqqətinə çatdırıb, rayon təhsilində mövcud problemlərin aradan qaldırılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının yenidən qurulması istiqamətdə yerli hökumətlə əməkdaşlığın və koordinə edilmiş fəaliyyətin qurulmasının bu problemlərin qısa müddətdə həll edilməsi baxımından vacibliyini qeyd edib. 

Həmin gün Əli Məsimli Şəki rayon İcra Hakimiyyəti tərəfindən “Yuxarı Karvansaray” mehmanxana-kompleksində ali məktəblərə daxil olmuş məzun-tələbələrlə  təşkil edilmiş görüşdə iştirak edib, qəbul imtahanlarında yüksək uğur qazanan məzun-tələbələri təbrik edib.

Növbəti günlər – sentyabr ayının 10-u və 11-də millət vəkilinin rayonun Baş Göynük, Aşağı Göynük, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərində seçiciləri ilə görüşləri təşkil edilib. Görüşlərdə millət vəkili hesabat xarakterli çıxış edib, həm qanunvericiliyin təkmiləşdirilməsi və qanun yaradıcılığı, həmdə həmin yaşayış məntəqələrində və bütövlükdə Şəki rayonunda mövcud olan sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində  görülmüş işlər barədə məlumat verib, vətəndaşları maraqlandıran suallara cavab verib. Millət vəkili çıxışlarında qeyd edilən yaşayış məntəqələrinin, eləcə də bütövlükdə millət vəkili seçildiyi dairənin ən aktual sosial problemlərindən olan,  təbii qaz və  içməli su ilə təchizat məsələlərinin,  həmçinin kənd daxili yolların bərpası və asfalt örtüyün çəkilməsi, istismar müddətini çoxdan keçmiş elektrik veriliş xətləri və elektrik dirəklərinin yenilənməsi və s. kimi problemlərin həllinin bundan sonra da daim  diqqət mərkəzində saxlayacağını, onların  aradan qaldırılması istiqamətində fəaliyyətin bir qədər də gücləndiriləcəyini qeyd edib. Millət vəkili yaşayış məntəqələrinə təbii qaz verilməsinin bərpasının  bölgə əhalisinin məişət şəraitinin yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması və meşə bərpa işlərinin səmərəliyinin artırılması baxımından xüsusən böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işə dəstəyin verilməsinin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu bildirib.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım