Sentyabrın 11-də saat 22.00 radələrində Şirvan şəhəri ərazisində, Hacıqabul rayon sakini Pərviz Həsənov "Opel Astra" markalı avtomaşını idarə edərkən şəhər sakinləri Mətanət Həsənova və onun qızı Səkinəni vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində Səkinə yerindəcə ölüb, xəsarət almış M.Həsənova isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Sentyabrın 11-də saat 23.50 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini İsmayıl Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerliləri Aynur Abdullayeva və onun oğlu 7 yaşlı Fəridi vurub. Nəticədə xəsarət almış hər iki piayada xəstəxanaya yerləşdirilib. Fərid orada ölüb, A.Abdullayevanın vəziyyəti isə ağırdır.
Modern.az