Ötən həftə təyyarə qəzasında oyunçu və məşqçi heyəti tam tərkibdə həlak olan Rusiyanın Yaroslavl vilayətinin “Lokomotiv” xokkey komandasının yaralı vəziyyətdə tapılan sonuncu oyunçusu da xəsətaxanada vəfat edib.
Modern.az Rusiya mtbuatına istinadn bildiri ki, yalnız iki adamın xilas olduğu qəzada bədəninin yüzdə 90-ı yanan 26 yaşlı Aleksandr Qalimov bu sabah Moskvadakı Vişnevski xəstəxanasında həyatını itirib. Qalimovun ölümüylə qəzada həyatını itirənlərin sayı 44-ə çatıb.
“Lokomotiv" komandasını Minskə daşıyan “Yak-42” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 36 xokkeyçi, 7 ekipaj üzvü həlak olmuş iki nəfəq ağır yaralı olaraq sağ qalmışdı. Onlardan biri biri ekipaj üzvü, digəri xokkeyçi Qalimov idi.