Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyi Somaliyə yardım üçün 250 min dollar toplayıb

Türkiyənin Azərbaycandakı səfirliyi Somaliyə yardım üçün 250 min dollar toplayıb

Təhsil

12 Sentyabr 2011, 14:52

Türkiyənin Azərbaycandakı səfirliyi Somalidə acından ölən insanlara yardım məqsədilə 250 min dollar vəsait toplaya bilib. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. Səfir deyib ki, bu vəsait əsasən türk və azərbaycanlı iş adamlarının hesabına yığılıb. Həmin maliyyə vəsaiti yardım üsün Somaliyə göndəriləcək

Qeyd edək ki, güclü quraqlıq nəticəsində Somalidə başlanan aclıq neçə vaxtdır davam edir. Dünya birliyi vəziyyəti aradan qaldırmaq üçün bu ölkəyə maliyyə və ərzaq yardımı edir. Azərbaycan höküməti də bu yöndə Sömaliyə dövlət səviyyəsində öz yardımını göstərib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım