Deputat Elmira Axundova sentyabrın 12-15-i arasında Masallıda olacaq. Bu barədə Modern.az saytına deputatın qərargahından məlumat verilib. Məlumata görə, E.Axundova rayonun Qızılağac, Kalinovka, Öncəqala kəndlərində görüşlər keçirəcək.
Verilən məlumata görə, bu ilin mayında Azərbaycan Prezidentinin Masallıya səfəri zamanı ölkə başçısından Masallının bir neçə kəndinin yollarının yenidən tikilməsini xahiş edən deputata müsbət cavab verilib. Belə ki, artıq rayonun Qızılağac, Kalinovka, Öncəqala kəntdərinə gedən yollara yeni asfalt salınır.
E.Axundovanın Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə müraciətindən sonra rayonun qəza vəziyyətində olan 4 məktəbi (Bədəlan kəndində 2, Öncəqalada 1, Qızılağacda 1) yenidən qurulacaq. Bu prosesin 2011-2012-ci illərdə həyata keçirilməsi nəzərdə tutulub. Bundan sonra plandan kənar Hüseynhacılı kəndində yeni məktəb inşa olunub və E.Axundovanın iştirakı ilə məktəbin açılışı olacaq.
Modern.az