Modern.az

Ziyad Səmədzadənin komitəsi Milli Məclisə 12 sənəd göndərib

Ziyad Səmədzadənin komitəsi Milli Məclisə 12 sənəd göndərib

Təhsil

12 Sentyabr 2011, 16:20

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına daxil olan məlumata görə gündəliyə 12 məsələ daxil olub.

Yunanıstan, Çexiya, Serbiya və Ərəb Əmirlikləri ilə sazişlərlə yanaşı, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər də komitənin müzakirə etdiyi sənədlər sırasında olub.

“İstehlakçının hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Sosial sığorta haqqında” qanunlara dəyişiklikləri də komitə təsdiqlənmək üçün plenar iclasa tövsiyyə edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım