Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı start götürüb. 55 kq-da yarışan Azərbaycan idmançısı Rövşən Bayramov yarışa bolqarıstanlı Veselin Venkovla güləşlə başlayıb. Bu görüşdə qələbə qazanan Bayramov 1/8 finala vəsiqə əldə edib.
Bu mərhələdə Rövşən yaponiyalı Kohey Hasaqava ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala adlayıb. Macarıstanlı Peter Modos və yarımfinaldakı Çin idmançısı Şunjin Li də idmançımız qarşısında tab gətirməyib. Finala çıxmaqla R.Bayramov həm də London Olimpiadasına lisenziya qazanıb.
Həlledici görüşdə o, belaruslu Elbek Tajiyev üzərində qələbə qazanaraq dünya çempionu adına yiyələnib.