Bu gün Asiya İnkişaf Bankının (AİB) Nəqliyyat və Enerji Missiyaları Azərbaycana gəlir. AİB-in aparıcı nəqliyyat mütəxəssisi Reddi Bathulanın (Reddy Bathula) rəhbərlik etdiyi Nəqliyyat Missiyası 2010-cu ildə yekunlaşdırılmış Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun ümumi statusunu nəzərdən keçirəcək.
Missiya bu layihəni AİB-in procedurları, siyasəti və standartları baxımından qiymətləndirəcək. Missiya həmçinin AİB tərəfindən maliyyələşən Masallı-Astara yolunun hazırkı mərhələsini də qiymətləndirəcək. Azərbaycanda olduğu müddətdə Nəqliyyat Missiyası Azərbaycanın hökumət rəsmiləri ilə, Nəqliyyat Nazirliynin, Maliyyə Nazirliyinin, “Azəryolservis” ASC-nin nümayəndələri ilə, layihələri icra edən agentliklərlə və müqaviləçilərlə görüşəcək.
Bu barədə Modern.az-a Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə məsləhətçisi tariyel Callalı məlumat verib.
AİB-in aparıcı enerji mütəxəssisi Tianhua Luonun (Tianhua Luo) rəhbərlik etdiyi Enerji Missiyası isə Azərbaycana AİB tərəfindən enerji sektorunda maliyyələşdirilən layihələri qiymətləndirmək üçün gəlir. Missiya əsaəsn Enerjininin Ötürülməsinin Gücləndirilməsi layihəsini nəzərdən keçirəcək. Layihə Mingəçevirdən Bakıya qədər yeni enerji xətlərinin çəkilişini ehtiva edir. Missiya layihənin icrasına təsir göstərən əsas məsələləri müəyyənləşdirəcək, layihənin vaxtında yerinə yetirilməsi üçün addımları razılaşdıracaq və Enerjinin Paylanılması ilə bağlı İnvestisiya Proqramının hazırlanmasını müzakirə edəcək. Enerji Missiyası Maliyyə Nazirliyinin, “Azərenerji” ASC-nin, digər hökumət agentliklərinin nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla görüşəcək.
Hər iki misisyanın səfəri sentyabrın 13-dən 22-nə kimi davam edəcək.
Modern.az