Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Tərtər çayında boğularaq ölüb. (APA).
Əsgər Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Firdovsi Fərəcovdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, artıq əsgərin meyiti çaydan çıxarılıb.
***
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə döyüş bölgəsini tərk edib. APA-nın məlumatına görə, hadisə sentyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun iki əsgəri, 20 yaşlı Vüsal Əlizadə və 20 yaşlı Hüseyn Ramazanov xidmət yerini özbaşına tərk ediblər. Hərbi hissədən qaçan H. Ramazanov xidməti silahını da özü ilə götürüb.
Tərtər Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə ilə bağlı qonşu rayonların polis hissələri məlumatlandırılıb və axtarışlara başlanılıb.
Qeyd edək ki, V. Əlizadə Şəmkir, H. Ramazanov isə Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıblar.
Modern.az