Modern.az

Səfər Əbiyev pakistanlı səfirlə danışıb

Səfər Əbiyev pakistanlı səfirlə danışıb

13 Sentyabr 2011, 12:30

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

Müdafiə Nazirliy8inin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ölkəmizə yeni təyin olunan səfiri bu münasibətlə təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb və qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir. Nazirin sözlərinə görə, ölkələr arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar əldə edilib.

Görüş zamanı  regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri öz dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım