Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfər edib. Modern.az AzərTAc-a istuinadən xəbər verir ki, ölkə başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Eyni zamanda parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.