Modern.az

Prezident Qobustandan Şamaxıya gedib

Prezident Qobustandan Şamaxıya gedib

Təhsil

13 Sentyabr 2011, 15:31

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfərini yekunlaşdıraraq Şamaxıya gedib.
Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. 
Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib. 

 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım