Modern.az

70 müəllimin işdən çıxarılması Daşkəsəndə müəllim çatışmazlığı yaradıb

70 müəllimin işdən çıxarılması Daşkəsəndə müəllim çatışmazlığı yaradıb

Təhsil

13 Sentyabr 2011, 16:51


Azərbaycanın qərb bölgəsinin ucqar kəndlərinin çoxunda müəllim çatışmazlığı yaşanır. Daşkəsən rayonunda  kadr çatışmazlığı daha çox xarici dil müəllimləri ilə bağlıdır.  Hər il ölkənin ali məktəblərini yüzlərlə pedaqoq bitirsə də, gənc müəllimlər ucqar kəndlərdə deyil, şəhər məktəblərində işləməyə üstünlük verirlər.
Daşkəsən rayonunda ingilis dili, kimya, fizika, biologiya, coğrafiya fənləri üzrə müəllimlər çatışmır. Bu il həyata keçirilən islahatlar isə onsuz da kadr problemi yaşayan Daşkəsən təhsil sistemi üçün əlavə qayğılar yaradıb.

Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri Nazim Verdiyev Modern.az-a bildirib ki, bu il problemin üstünə biri də əlavə edilib.

«Belə ki, yaş həddi ilə bağlı bizdə 70- ə yaxın müəllim işdən azad olunub. Təhsil Nazirliyinin xətti ilə bu günə qədər 15 nəfər müəllim göndərilib. Bizim əsas məqsədimiz, həmin o gənc müəllimlərə şərait yaratmaqdır”-deyə müsahibimiz bildirib.  

Müəllimləri rayonlarda işləməyə cəlb etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Əvvəlcə müəllimə əməkhaqqının iki misli məbləğində birdəfəlik yardımın verilməsi nəzərdə tutulur. Bu, yolxərcini, avadanlığın daşınmasını və  ilkin yaşayış şəraitinin yaradılmasını təmin etmək məqsədi daşıyır. Əgər müəllim kənd yerində qalıb məskunlaşarsa, orada qalacağıyla bağlı vəd verərsə, ona torpaq sahəsi ayrılır ki, ev tikə bilsin. Həmçinin onlara ev tikmək üçün güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur.
Amma bu şəraitdən sui-istifadə edənlər də var. Belə ki, bəzi kəndlərə təyinatla göndərilən müəllimlər, sadəcə adlarını kənd məktəbində ştat cədvəlinə yazdırıraraq əmək haqlarını məktəb direktorlarına belə desək “hədiyyə” edirlər.

Xaliq Qurbanov
Daşkəsən

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım